Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - "Qayığa bağlıydılar" - FOTO/VİDEO

Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar -
Xəzərdə itkin düşən idmançıların ölümü ilə bağlı təfərrüatlar üzə çıxıb.

Meyitləri tapılan şəxslər 17 yaşlı Nüsrət Nəzərzadə və 15 yaşlı Aqil Təbirli aprelin 18-də dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar. Ancaq bir daha geri qayıtmayıblar.

Sfera.az bildirir ki, ailələrinin verdiyi informasiyadan sonra itkin düşən idmançıların axtarışına başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən axtarışlar aparılıb. 23 apreldən isə FHN Aviasiya dəstəsinin "Mi-17” markalı helikopteri də əməliyyatlara cəlb olunub.

Axtarışların aparıldığını dəfələrlə bəyan etsələr də nəticə verməyib. Ancaq Xəzərdə itkin düşən idmançıların cansız bədənləri rezin qayıqda "Neft Daşları” yaxınlığında taplıb. Əslində buna tapılmaq da yox, qayıq öz ayağı ilə gəlib deyilsə, daha yaxşı olar.

Yaxınlarından əldə etdiyimiz informasiyaya görə, onlar özlərini qayığa bağlayıblar ki, külək zamanı suya düşüb boğulmasınlar. Tapılanda da idmançıların meyiti qayığın içində olub.  İlkin versiyaya görə idmançılar acından və susuzluqdan ölüblər.

Hazırda Sumqayıt şəhərində idmançıların meyitləri ailələrinə təhvil verilib və onları dəfn etməyə aparıblar.

Burada belə bir sual ortaya çıxır ki, əgər idmançılar daim suyun üzündə olublarsa, axtarış edən qurumlar niyə onları bu günə qədər tapmayıblar? Daim suyun üzündə olan qayıqlar necə olub ki, görünməyib? Məntiqə əsasən, ya axtarış lazımi qaydada aparılmayıb, ya da mətbuat üzərindən "axtarışlar davam edir” kimi xəbərlər verərək "aparılıb”.

Yeri gəlmişkən, ekstremal idman növləri ilə məşğul olan Nüsrət Nəzərzadə Tufandağda itkin düşən alpinistlərlə dost olub. Dostların meyitlərinin tapılmasında da oxşarlıq var. Alpinistlərin meyitləri havalar isinib qar əriyəndən sonra, Xəzərdə itkin düşənlərin meyitləri də, rezin qayığın "Neft Daşları” yaxınlığına gəlməsindən sonra aşkarlanıb.(Yeniçağ.az)
 
 
 

 
 


OXŞAR XƏBƏRLƏR

“İTV-də o verilişi görəndə kanalı çevirirəm” - VİDEO

““İctimai” televiziya bu yeni mövsümünü “Vətəndaş A” serialı ilə açdı. Bu ekran əsəri 12 bölümdən ibarətdir. “Vətəndaş A&rdq...

"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt AÇIQLANDI

"Bakı kart"ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Age...

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in &quo...

Bu şəxslər cərimələnəcək - 800 manatadək...

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə ç...

"Sinvarın ölümü ilə HƏMAS-a dəstək olan dövlətlər belə..." - ŞƏRH

Ötən gün İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib. Ordunun məlumatına görə, Qəzzadakı əməliyyatlarda 3 terrorçu məhv edilib və onlardan ...

Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul etdi

Oktyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev Tovuz şəhərində vətəndaş qəbulu keçirib.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən...