Konqresdən Trampa QADAĞA: Bu ölkəyə müharibə elan edə bilməyəcək

Konqresdən Trampa QADAĞA: Bu ölkəyə müharibə elan edə bilməyəcək
ABŞ Konqresinin Nümayəndələr Palatası 2019-cu il Milli Müdafiə Səlahiyyəti Qanununa dəyişiklik edərək, Konqresin icazəsi olmadan ABŞ prezidenti Donald Trampa İrana hərbi müdaxilə etməyi qadağan edib.
 
Sfera.az xəbər verir ki, Demokrat partiyasının üzvü Keyt Moris Ellisonun təklif etdiyi və demokratlarla yanaşı respublikaçılar tərəfindən də dəstəklənən qanun layihəsi qüvvəyə minib.

"Nümayəndələr Palatası bu həftə dəyişikliyi qəbul edərək prezidentə İrana qarşı hərbi hücum səlahiyyəti verən qanunun olmadığını açıq şəkildə ifadə etdi. Dəyişikliyin iki partiya tərəfindən qəbul edilməsi, Trampın İranla müqavilədən çıxması və getdikcə artan düşməncə ritorikasına qarşı güclü cavabdır. Bu gün Konqres hərbi gücün istifadəsi məsələsində səlahiyyətlərini almaq üçün fəaliyyətə başladı” – konqresmen Ellison belə yazıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın 8 mayda İranla bağlanan nüvə müqaviləsindən çıxmasından sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi.
 
Rəsul
Sfera.az



OXŞAR XƏBƏRLƏR