Sarkisyan partiya sədrliyindən gedir?

Sarkisyan partiya sədrliyindən gedir?
"Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Respublika partiyasının lideri olaraq qalmaqda davam edəcək, partiya sədrinin dəyişdirilməsi müzakirə olunmur".

Sfera.az xəbər verir ki, bu açıqlama ilə Ermənistan parlamentinin spikeri, Respublika partiyasının üzvü Ara Babloyan çıxış edib.

Onun sözlərinə görə, partiya seçki sisteminin islahatı sahəsində Nikol Paşinyan hökuməti ilə danışıqlara hazırdır:

"Əgər bütün digər partiyalar Seçki Məcəlləsi islahatı ətrafında konsus əldə edərsə, partiyamız dəyişikliklərə hazırdır. Hesab edirəm ki, məsələ danışıqlar yolu ilə həll olunmalıdır”.
 
Spikerin fikrinə görə, hakim partiya seçki sisteminə bütün müsbət dəyişiklikləri dəstəkləyəcək. O, parlamentin buraxılması barədə xəbərləri əsassız sayıb.
 
Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR