Maduro: ABŞ Venesuelada hərbi çevriliş etmək istəyir

Dünya
14:02 / 25.05.2018
2013
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın ölkədə hərbi çevriliş etməyə çalışdığını bəyan edib.
Sfera.az xəbər verir ki, Maduronun fikrinə görə, ABŞ ölkə hakimiyyətini dəyişdirmək və Bolivar inqilabına son vermək istəyir. Maduro ölkə vətəndaşlarını ordunun daxili və xarici çətinliklərə qarşı cavab verəcəyini bildirib.
Xatırladaq ki, dünən Vaşinqton rəsmi Karakasa cavab olaraq iki Venesuela diplomatını "arzuolunmaz şəxs” elan etmişdi.
Rəsul
Sfera.az