Fransanın XİN rəhbəri Bakıya gəlir

Siyasət
13:10 / 25.05.2018
2090
Fransanın xarici işlər naziri Jan-İv Lö Drian mayın 27-də Azərbaycana səfər edəcək.
XİN-dən Sfera.az-a daxil olan məlumata görə, səfər çərçivəsində xarici işlər naziri Jan-İv Lö Drianın həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra Azərbaycan və Fransa xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur.