“Apple” ilə “Samsung”un 6 illik patent müharibəsində son qərar: 539 milyon dollar cərimə ödəyəcək

“Apple” ilə “Samsung”un 6 illik patent müharibəsində son qərar: 539 milyon dollar cərimə ödəyəcək
Məhkəmə texnologiya dünyasının iki nəhəng şirkəti "Apple” və "Samsung”un 6 illik patent müharibəsi ilə bağlı qərarını açıqlayıb.

Sfera.az xəbər verir ki, "Apple”ın müraciət etdiyi ABŞ-ın Kaliforniya ştat məhkəməsi "Samsung”un "iPhone”a məxsus xüsusiyyətləri icazəsiz istifadə etdiyinə görə, "Samsung”u rekord məbləğdə cərimələyib. 2012-ci ildə başlayan məhkəmə işinin nəticəsində görə, "Samsung” "Apple”a 539 milyon dollar təzminat ödəməlidir.

Buna əks olaraq "Samsung” bəhs edilən müəllif hüququ pozuntuları üçün ödənilməli olan məbləğin 28 milyon dollar olduğunu irəli sürmüşdü.
 
Rəsul
Sfera.az




OXŞAR XƏBƏRLƏR