ABŞ-dan Türkiyəyə S-400 hədəsi – Silah satışı dayandırılacaq

ABŞ-dan Türkiyəyə S-400 hədəsi – Silah satışı dayandırılacaq
ABŞ Konqresinin Nümayəndələr Palatası Pentaqonun büdcəsini təsdiqləyib.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, yeni büdcə layihəsinə görə, Türkiyənin Rusiyadan alacaq S-400 zenit-raket sistemlərinin ABŞ-Türkiyə münasibətlərinə təsiri ilə bağlı hesabat hazırlananadək Türkiyəyə silah satışı dayandırılacaq.

Büdcə layihəsi Konqresdə 351 səslə qəbul edilib. 66 səs isə layihənin əleyhinə olub. Layihəyə görə, Pentaqon iki ay ərzində S-400-lərin ABŞ-Türkiyə münasibətlərinə təsiri haqda hesabat hazırlamalıdır. S-400 alışının NATO fəaliyyəti başda olmaqla ABŞ-Türkiyə arasında bağlanan ikitərəfli müqavilələrə təsir edə biləcəyi öz əksini tapıb. Hesabatda isə ABŞ-ın Türkiyədəki diplomatik fəaliyyəti və İncirlik bazasındakı həbi varlığı qiymətləndiriləcək. F-35 tipi beşinci nəsil döyüş təyyarəsi, "Patriot”, "Chinook”, "Kobra” və "Black Hawk” vertolyotları ilə F-16 təyyarələrinin satışına yenidən baxılacaq.
 
Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR