Elmar Məmmədyarov: “Biz Ermənistanla yaxşı münasibətlər qurmağa hazırıq, amma...”

Elmar Məmmədyarov: “Biz Ermənistanla yaxşı münasibətlər qurmağa hazırıq, amma...”
Azərbaycan yaxşı qonşuluq çərçivəsində ermənilərlə də yaxşı münasibət qurmağa hazırdır - əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildikdən sonra.

Sfera.az "APA"ya istinadən bildirir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda deyib.

E. Məmmədyarov bildirib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan böhranla qarşılaşıb, erməni aqressiyası, etnik təmizləmə və ərazilərin işğalı 1 milyona yaxın qaçqın və məcburi köçkünün yaranması ilə nəticələnib: "Ancaq sonra görülən işlər və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri bizim üçün böyük imkanlar yaratdı. Yoxsulluq 49 faizdən 5 faizə, eləcə də işsizlik 5 faizə qədər düşdü və bu da dövlətin böyük nailiyyətlərindən biridir”.

E. Məmmədyarov qeyd edib ki, ölkənin rifahı yüksəlsə də, torpaqların işğal altında olması hələ də ən böyük problem olaraq qalır: "Son işlər bizi hansı istiqamətə aparacaq bilmirəm, amma reallıq budur ki, Azərbaycan yaxşı qonşuluq çərçivəsində ermənilərlə də yaxşı münasibət qurmağa hazırdır - əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildikdən sonra. Suverenliyimizi və ərazi bütövlüyümüzü əldən buraxmarıq. Sərhədlərimiz beynəlxalq səviyyədə tanınır”.

Nazir qeyd edib ki, Azərbaycan indi dünyada siyasi-iqtisadi baxımdan dayanıqlı müttəfiqə çevrilib: "Həyata keçirilən layihələr ölkəmizi enerji istehsalçısı, tranzit ölkəsi kimi tanıdır. TANAP və TAP müstəqillik və suverenliyə töhfə verəcək. Şərq və Qərb arasında olan rollarımızdan biri də multikulturalizmdir”.


OXŞAR XƏBƏRLƏR

Nadir xəstəliyə tutulmuş qadın sağlam uşaq dünyaya gətirdi

Tez-tez nəfəs darlığı, sürətli ürək döyüntüsü və gözlənilməz hamiləlik xəbərləri - bu hadisələrin hər biri özlüyündə həyatı kökündən dəyişə bilər. Cessika Conso...

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...