Vaxta az qaldı... - Namizədlərin nəzərinə

Vaxta az qaldı... - Namizədlərin nəzərinə

Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsinə ayrılan müddət sabah başa çatır.“Qafqazinfo” xəbər verir ki, Seçki Məcəlləsinə əsasən səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.Qeyd edək ki, noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar bu prosesə 2015-ci il sentyabrın 12-dən start verilib. Müddət oktyabrın 2-si saat 18:00-da bitəcək.

Aysel


OXŞAR XƏBƏRLƏR