ABŞ bu müsəlman torpaqlarını da İsrailə verir
Dünya
23:20 / 24.05.2018
2355
ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Donald Trampın Qolan təpələri ilə bağlı da analoji addım atacağı haqda məlumatlar yayılıb.
İsrailin kəşfiyyat xidmətinin (MOSSAD) rəhbəri İsrael Katz yaxın aylarda ABŞ-ın mübahisəli bölgə olan Qolan təpələrini İsrail torpağı kimi tanımasının reallaşa biləcəyini açıqlayıb.
Onun sözlərinə görə, Qolan təpələrinin İsrail ərazisi kimi tanınması Vaşinqton və Təl-Əviv arasında həyata keçirilən diplomatik müzakirələrin ana müddəasıdır.
"Belə bir addım atmaq üçün mükəmməl vaxtdır. İrana verə biləcəyimiz ən yaxşı cavab Qolan təpələrinin İsrail ərazisi kimi tanınmasıdır”, - deyə o bildirib.
Qeyd edək ki, Qolan təpələri 51 ildir İsraillə Suriya arasında mübahisəli məsələdir. Təpələr hazırda İsrailin nəzarətindədir. Bu bölgənin strateji əhəmiyyəti də yüksəkdir. Belə ki, zəngin su yataqlarına malik olan bölgə İsrailin su ehtiyacının 1/3 hissəsini təmin edir. Digər tərəfdən, təpələrin Suriyanın paytaxtı Şama 60 kilometr məsafədə yerləşməsi gələcəkdə baş verə biləcək müharibədə İsrailin üstünlüyünü təmin edə bilər. Yəhudilərə aid müqəddəs mətnlərdə Qolan təpələrinin adının çəkilməsi də bu bölgəni İsrail üçün vazkeçilməz edir./publika.az