Rəngli sular zob yaradır

Sağlıq
22:50 / 24.05.2018
2912
İnsan orqanizmində yod çatışmazlığı problemi bəşər tarixinin ilk illərinə təsadüf edir. Hələ eramızdan əvvəl qədim Çin və Hindistanda zob və onunla əlaqədar olan "kretinizm" xəstəliyinin diaqnostikası mövcud idi.
Bu potoloji təsvir antik müəlliflərin əsərlərində, o cümlədən Avstriyada tapılmış əlyazmalar kitabında qeyd olunmuşdur. Zob xəstəliyinin yod çatışmazlığı nəticəsində əmələ gəlməsi halı ilk dəfə 1820-ci ildə aşkar olunub. Həmin vaxtlar alimlər bunu ciddi qəbul etmirdilər. Nəhayət, XX əsrin başlanğıcında zobun yayılma səbəbləri müəyyən olunub. Yalnız 1981-ci ildə Avstraliya alimi Bezil Xetsel bu xəstəliyin mahiyyətini araşdırdıqdan sonra, İsveçrədə bu potologiyanın müalicəsi üçün duzun yodlaşdırılmasına başlanıldı.
Orqanizmin inkişafı üçün insana qida ilə yanaşı, kimyəvi elementlərin olması da vacibdir. Bu elementlər içərisində yod mühüm rol oynayır. İnsan həyatı üçün mühüm əhəmiyyət kəsb edən yod insan orqanizminə üç yolla - hava, su və qida məhsulları ilə daxil olur.
Zob nədir?
Zob sinir sisteminə təsir edir
Müasir dövürdə zobun ən geniş yayılmış forması defus toksikli urdur. Bu, eyni zamanda zobun ən qorxulu, fəsadlı formasıdır. Mərkəzi sinir və qan damar sisteminin pozğunluğu, ağırlaşması ilə müşayiət olunur. Hətta bu hal mərkəzi sinir sistemini psixoza və ürək çatışmazlığına gətirib çıxarır. Bu, bir çox kliniki hallarla özünü büruzə verir:
· Ürək tez-tez döyünür
· Gözlər bərəlir
· Bədən əsməyə başlayır
· Xəstədə kəskin arıqlama halları başlayır
İlkin əlamətləri:
Hazırda geniş yayılmış, konservləşdirilmiş qidalar, rəngli sular, şokoladlar, xaricdən gətirilmiş meyvələr zob yaradan vasitələrdir. Onların tərkibinə vurulan maddələr qalxanabənzər vəzin funksiyasına mənfi təsir edir. Qida vasitələri alarkən onun üzərində ekoloji cəhətdən təmiz olduğunu sübut edən yarlıqların olmasına diqqət yetirin.
Zobun müalicəsi
Zob kişilərə nisbətən qadınlarda daha çox yayılıb. Mütəxəssislər bunun səbəbini kişilərlə müqayisədə qadınların sinir sisteminin daha zəif olması və onların orqanizmlərində baş verən dəyişikliklərlə izah edirlər. Qadınlarda əsasən, hamiləlik vaxtı və klimaks dövründə zob yaranma təhlükəsi olur. Belə xəstəliyi olan qadınlarda hamiləliyin pozulması halları tez-tez aşkar edilir. Hamiləliklə yanaşı revmotizma xəstəliyi də urun yaranma prosesini sürətləndirir./axsam.az