Nəqliyyat naziri bir telefon zənginə görə istefa verib- Bu ölkədə
22:35 / 24.05.2018
2583
Yeni Zelandiyanın nəqliyyat naziri Fil Tuayford qanuna zidd olaraq təyyarənin göyərtəsində telefonla zəng etdiyinə görə istefa verib.
Tuayford təyyarə uçuşa hazırlaşan zaman zəng etməklə mülki aviasiya qaydalarını pozub.
"Bu heç kimə yaraşmaz, o ki, qaldı nəqliyyat nazirinə. Səmimi üzrxahlığımı bildirirəm”, – deyə Tuayford qeyd edib. O, insidentlə bağlı istefa verdiyini açıqlayıb.