Toyda şok: bəy tamaha görə gəlini boşadı - FOTO

Toyda şok: bəy tamaha görə gəlini boşadı - FOTO
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "unikal" nikah olub.

 29 yaşlı ərəb nikahdan 15 dəqiqə sonra boşanıb.

Səbəb onun qayınatasının tamahıdır.
İlkin məlumatlara görə, təzə bəy xanımına görə qayınatasına "süd pulu" qismində 100 min dirhəm (27,3 min dollar) ödəməli idi.

O, məbləğin yarısını nikahdan 10 dəqiqə əvvəl qayınatasına verib. Lakin gəlinin atası bununla kifayətlənməyib, məbləğin hamısını, dərhal tələb edib.

Bundan sinirlənən təzə bəy nikahdan cəmi 15 dəqiqə sonra xanımından boşandığını deyib və toyu tərk edib.

"Məndən pulun hamısını istədi. Dedim ki, 5 dəqiqə gözləsin, pul maşındadır, gətirərlər. O isə bağırdı ki, dostumu və ya qohumumu göndərim, pulu gətirsinlər. Özümü çox pis, alçalmış hiss etdim və bu ailə ilə qohum ola bilməyəcəyimi anladım", - təzə bəy söyləyib.

Dubayda ən sürətli boşanma 2012-ci ildə olmuşdu. Toyda gəlinin atası "qızım ərə gedəndən sonra da işləməlidir" dediyinə görə təzə bəy gəlini nikah mərasimi başa çatan kimi boşamışdı./Gulf News
 

OXŞAR XƏBƏRLƏR