Araz Əlizadə: "Rüstəm İbrahimbəyov pula görə çox şeyləri qurban verib"

Araz Əlizadə:
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə ssenari müəllifi Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov olan "Qafqaz triosu” adlı filmin etiraz doğurmasına münasibət bildirib.

Deputat Sfera.az-a açıqlamasında deyib ki, Rüstəm İbrahimbəyov pula görə çox şeyləri qurban verib:

"Rüstəm İbrahimbəyovun əsərləri ayrı, daxili isə tamam ayrıdır. Ona görə də daxili reallığı nəhayət ki, üzə çıxıb. Bilirsiniz, şərab qıcqıranda sirkəyə çevrilir. Sirkəni isə içmək olmur. Rüstəm İbrahimbəyov tanınmış Azərbaycan ziyalısı idi. Ancaq o, hər zaman Azərbaycanın mənafeyini güdüb. Lakin pul maraqları ilə Azərbaycan maraqları arasında qalanda, o birincini seçdi. Rüstəm İbrahimbəyov pula görə özünün yaxın dostu olmuş Nikita Mixalkovla da düşmənə çevrilib". 

Araz Əlizadə qeyd edib ki, Rüstəm İbrahimbəyov üçün Azərbaycanda bütün imkanlar yaradılmışdı: 

"Azərbaycan iqtidarı onun üçün nələr etməmişdi! Kiçik bir torpağa görə Azərbaycan hakimiyyəti və dövlətilə düşmən oldu. Bəzən deyirlər ki, filankəs əsl ziyalıdır və sairə. Mənim o sözdən xoşum gəlmir. İnsanın gərək qəlbi ziyalı olsun, işıq saçsın".

Deputat əlavə edib ki, Rüstəm İbrahimbəyov "Qafqaz triosu” filmində ümumi Azərbaycan obrazını deyil, özünün daxili obrazını yaradıb. 


Orxan Bəşirov
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...