Türkiyə XİN-dən Yunanıstana sərt ETİRAZ

Türkiyə XİN-dən Yunanıstana sərt ETİRAZ
Yunanıstanın 15 iyul hərbi çevriliş cəhdindən sonra bu ölkəyə qaçan qiyamçılara sığınacaq verməsinə Türkiyə tərəfi etiraz edib.

Sfera.az xəbər verir ki, Türkiyə XİN-nin bəyanatında deyilir:

"Yunanıstan məhkəməsi beynəlxalq hüquq prinsiplərini heçə sayaraq qiyamçı Süleyman Özkayakçıya sığınacaq haqqı vermişdi.

Beləliklə, Yunanıstanın qiyamçıları qoruyan və onlara sığınacaq verən ölkə olduğu, beynəlxalq aləmdə təsdiqini tapmışdır. Türk millətinin vicdanının dərindən yaralayan bu qərarı şiddətlə qınayırıq.

Qarşımızdakı dövrdə yunan ədalətinin bu kimi birtərəfli qərarına oxşar səhvləri təkrarlamamasına ümid edirik”.
 
Rəsul
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR