Körpənizin başında bunu hiss etdikdə... – Valideynləri vahiməyə salan vəziyyətlə bağlı PEDİATR TÖVSİYƏSİ

Körpənizin başında bunu hiss etdikdə... – Valideynləri vahiməyə salan vəziyyətlə bağlı PEDİATR TÖVSİYƏSİ
"Valideynlərin tez-tez ünvanladığı suallardan biri də budur ki, övladımın başı niyə istidir. Uşağın başının isti olması normaldır. Termometriniz normal bədən temperaturunu göstərirsə, amma siz yenə də "bəs niyə başı istidir" deyib narahat olursunuzsa, bilin ki, heç bir problem yoxdur. Başın isti olmasının səbəbi qan dövranının burada daha çox olmasıdır. Həm böyüklərdə, həm də uşaqlarda başdakı duyğu üzvləri, beyin, üzün dərisi və s. çox güclü qan təchizatına malikdir”.
 
Bu sözləri pediatr Aytən İsmayılzadə Sfera.az-a açıqlamasında deyib.

O bildirib ki, uşaqlarda mübadilə prosesi sürətli getdiyindən başda istilik daha çox hiss olunur:
 
"Uşaqların ürək döyüntüsü də çox olur. Uşaq sürətlə inkişaf etdiyi üçün bu əlamətlər normaldır. Bədən böyüdükcə aşağı ətraflarda və bədəndə qanın paylaşması dəyişir və istilik az hiss olunur. Başa qanın çox gəlməsinin səbəbi isə beyin və duyğu neyronları ilə bağlıdır. Buradakı hüceyrələr digərləri kimi yenilənmək qabiliyyətinə malik deyil. Ölməmək üçün onların hər zaman mayeyə ehtiyacı var. Başın qanla daha çox təchizatına digər nümunə isə səpkilərin ilk olaraq üzdə, başda görülməsidir. Övladınızın başının isti olması normaldır”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...