Balakəndə ölkə miqyaslı narkobaron tutuldu - Pablo Eskobar kimi...

Balakəndə ölkə miqyaslı narkobaron tutuldu - Pablo Eskobar kimi...
Balakəndə narkobaron həbs edilib, onun yaşadığı evdə narkotik vasitələri istehsal etmək üçün laboratoriya və silah-sursat aşkarlanıb. Bu barədə yerli hüquq-mühafizə orqanlarından bildiriblər.

Məlumata görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri keçirib. RPŞ-yə daxil olmuş məlumat əsasında rayonun Qaysa kəndində anadan olan, 1971-ci il təvəllüdlü Məmməd Əli oğlu Şamxalovun Balakən şəhərindəki fərdi yaşayış evində əməliyyat tədbiri aparılıb.

Axtarış nəticəsində rayonda və respublika ərazisində narkobaron kimi tanınan və bu günə qədər məsuliyyətdən yayınmağı bacaran Məmməd Şamxalovun yaşadığı evdə 57 kiloqram qurudulmuş marixuana, 2147 ədəd çətənə toxumu, müxtəlif təyinatlı silahlar və narkotik vasitələrin istehsal etmək üçün avadanlıqla təchiz olunmuş laboratoriya aşkar edilib. Evin həyətyanı sahəsində isə kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən 135 ədəd çətənə bitkisinin kolları aşkar olunub. Narkotik vasitələr və silahlar maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. (APA)

OXŞAR XƏBƏRLƏR

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...

Azərbaycanda müəllim öz şagirdi olan qızı qaçırdı

Yardımlıda yeniyetmə qız qaçırılıb.   Sfera.az Unikal-a istinadən xəbər verir ki, rayonda repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim öz şagirdi ...

İkinci əl Çin avtomobili alarkən bu nüanslara diqqət edilməlidir – VİDEO

  Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda ...

Yumoru güclü olan millətlər bəlli oldu - ADLAR

30 ölkədən 6000 nəfərin iştirak etdiyi beynəlxalq araşdırma çexlərin dünyada ən inkişaf etmiş yumor duyğusuna sahib olduğunu müəyyən edib.    Sf...

Narsist xüsusiyyətləri ilə seçilən 4 BÜRC - Özünü hər kəsdən üstün sayır

Bəzi bürclər xarakterlərinə görə özlərinə heyran olmaqla yanaşı, daim diqqət mərkəzində olmağı sevirlər. Onların bu xüsusiyyəti bəzən narsizm kimi qəbul edilir....