“Rüstəm İbrahimbəyov da Əkrəm Əylisli kimi vətən xainidir”

“Rüstəm İbrahimbəyov da Əkrəm Əylisli kimi vətən xainidir”
"Rüstəm İbrahimbəyov da Əkrəm Əylisli kimi vətən xainidir”

Bu sözləri Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Publika.az-a xalq yazıçısı Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu Azərbaycan xalqının vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan, ermənilərin isə ailicənab, sülhsevər, "vəhşi türkün qurbanı” kimi təqdim edildiyi "Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib. O bildirib ki, bu cür insanların qanında, canında vətən sevgisi yoxdur:

"Bu insanlarda milət, vətən anlayışı yoxdur. Onlar üçün əsas olan öz mənfi xislətləridir. Rüstəm İbrahimbəyovun milli təfəkkürü yoxdur. Əmin olun ki, ailə köklərini araşdırsanız, onun da, həmin bu gürcü rejissorun da qanında erməni qanı var. İnandırım sizi, bizim aramızda bu cür həmvətənlərimiz olduqca bizə düşmən lazım deyil. Ermənilər dayanmadan 10 il bizə qarşı vuruşsaydılar da, belə ağır zərbə vura bilməzdilər. Rüstəm İbrahimbəyov onlara ömür boyu öz güclərinə qazana bilməyəcəkləri hədiyyə verdi.
 
Gürcüləri "Qafqaz üçlüyü” maraqlandırırdısa, İbrahimbəyovdan qat-qat daha yaxşı əsərlər yazan yazıçılarımız var. Niyə onların əsərlərinə film çəkmək istəmirlər? Əlbəttə, bu onlara sərf etmir. Elə götürək Sabir Rüstəmxanlının "Cavadxan” əsərini. Burada azərbaycanlıların, gürcülərin, ermənilərin, rusların hər birinin ayrı-ayrılıqda taleyi əks olunub. Əkrəm Əylislidən sonra ikinci böyük zərbəni də Rüstəm İbrahimbəyov bu əsassız cızmaqarası ilə vurdu”.

T.Rüstəmxanlı deyir ki, rus təfəkkürü ilə yaşayan insanlar olduğu üçün onlar vətənimizin qadınına da, kişisinə də nifrət edirlər:

"Bu nifrəti də büruzə vermək üçün ermənilərin çörəyinə yağ çəkməklə məşğuldurlar. Bu insanları ictimai qınaqla utandırmaq lazımdır. Əkrəm Əylisliyə cəza olsun deyə "Xalq yazıçısı" adından məhrum etdilər. Bu insan vətən xainidir. Bu düşüncədə olan insanların hər biri mənim gözümdə vətən xainidir və onların layiqli cəzaları verilməlidir. Dövlət başçımız bu məsələ ilə bağlı ən doğru qərarı verəcəkdir”. 

OXŞAR XƏBƏRLƏR

Nadir xəstəliyə tutulmuş qadın sağlam uşaq dünyaya gətirdi

Tez-tez nəfəs darlığı, sürətli ürək döyüntüsü və gözlənilməz hamiləlik xəbərləri - bu hadisələrin hər biri özlüyündə həyatı kökündən dəyişə bilər. Cessika Conso...

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...