Neymar məşqlərə başladı

Neymar məşqlərə başladı
Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar milli komanda ilə birgə məşqlərə start verib.

 26 yaşlı hücumçu yığmadakı komanda yoldaşları Qabriel Jesus və Danilo ilə birgə məşq edib. 

Neymar bərpaedici ayağından istifadə edərək maneələrdən keçib və yaxın məsəfadən qapıya zərbələr endirib. 































Onun Rusiyada keçiriləcək dünya çempionatına kimi tam hazır olacağı ehtimal olunur. Braziliyalı forvardın iyunun 3-də Xorvatiya ilə keçiriləcək yoldaşlıq oyununda da meydanda olması gözlənilir. 
Qeyd edək ki, Neymar fevralın 25-də PSJ-nin Fransa çempionatının XXVII turunda evdə "Marsel"i 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib. Ona baldırla pəncəni birləşdirən bağların dartılması və pəncə sümüyündə çat diaqnozu qoyulub. Futbolçu daha sonra əməliyyat olunub. Neymar cari mövsümdə PSJ-nin heyətində 30 oyunda iştirak edib və 29 qol vurmaqla yanaşı, 19 məhsuldar ötürmə verib./report
 

OXŞAR XƏBƏRLƏR

1967-dən 2025-ə: İsrail yenidən Qəzzaya qayıdır

İsrailin Qəzza zolağını tam hərbi nəzarətə götürmək planı beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Ölkə daxilində və xaricində bu addımı...

"İran 27,5 trilyon dollar dəyərində yeraltı sərvətlərə malikdir"

27,5 trilyon dollar dəyərində yeraltı sərvətlərə malikdir.   Sfera.az “Ayooq.ir”-a istinadən xəbər verir ki, bunu İranın təbii sərvətlər ...

Lisey və gimnaziyalara seçim başlayır

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi 6 avqust saat 15:00-da aktivləşəcək və 13 avqust saat 12:00-da başa ...

Kondisionerin tarixi: Yaş əskidən sensor ekrana uzanan yol...

Son bir ayda havalar olduqca isti keçir. Temperatur iqlim normasını üstələyir, rütubət isə həddən artıq yüksək olur. Belə şəraitdə kondisionersiz yaşamaq demək ...

Dörd hərbçimiz minaya düşdü - RƏSMİ

Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdı...

Rəşad Xudiyev işdən çıxarıldı - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası (MR) təhsil nazirinin müavini Rəşad Xudiyev vəzifəsindən azad olunub.   Sfera.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi...