DÇ-2018-in hakiminin kədərli həyatı - 25 ildir zibil yığır

DÇ-2018-in hakiminin kədərli həyatı - 25 ildir zibil yığır
DÇ-2018-də hakimlik edəcək Panama laysmanlarından birinin maraqlı tarixçəsi üzə çıxıb.

Baş hakim köməkçilərindən olacaq Qabriel Viktoriya ölkəsində hakimlik etməklə yanaşı həm də küçələrdən zibil yığır.

Məsələ burasındadır ki, Panamada hakimlərin idarəçilikdən gəlirləri çox azdır. Buna görə də onlar dolanışıq üçün iki işdə işləmək məcburiyyətindədirlər. O, ac qalmamaq üçün düz 25 ildir - 1993-cü ildən zibilyığan işləyir. Həmin vaxtdan Qabrielin iş cədvəli aşağıdakı kimidir:

03:40 - yuxudan oyanmaq
05:00 - işə başlamaq
17:00 - futbol meydançasında məşq"Mən heç nədən utanmıram. Hər iki peşə xoşuma gəlir. Buna görə həmkarlarımla aramızda hər hansı gərginlik də yoxdur" - deyə Qabriel bildirir.

Belə iş rejiminə baxmayaraq, Qabriel hakimlik karyerasında uğurlar əldə edə bilib. O, 2015-də U-20, 2017-də U-17-lər arasında dünya çempionatında, 2016-cı ildə Amerika kubokunda hakimlik edib.

Qabrielin dediyinə görə, DÇ-2018-in hakimləri siyahısına düşdükdən sonra ona ünvanlanan təbriklərin sayı-hesabı itib. Dostlarından biri isə DÇ-2018-in Vikroriyadan hakimlik edəcəyi ilk oyunun futbolkasını xahiş edib./qol.az


 

OXŞAR XƏBƏRLƏR

1967-dən 2025-ə: İsrail yenidən Qəzzaya qayıdır

İsrailin Qəzza zolağını tam hərbi nəzarətə götürmək planı beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Ölkə daxilində və xaricində bu addımı...

"İran 27,5 trilyon dollar dəyərində yeraltı sərvətlərə malikdir"

27,5 trilyon dollar dəyərində yeraltı sərvətlərə malikdir.   Sfera.az “Ayooq.ir”-a istinadən xəbər verir ki, bunu İranın təbii sərvətlər ...

Lisey və gimnaziyalara seçim başlayır

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi 6 avqust saat 15:00-da aktivləşəcək və 13 avqust saat 12:00-da başa ...

Kondisionerin tarixi: Yaş əskidən sensor ekrana uzanan yol...

Son bir ayda havalar olduqca isti keçir. Temperatur iqlim normasını üstələyir, rütubət isə həddən artıq yüksək olur. Belə şəraitdə kondisionersiz yaşamaq demək ...

Dörd hərbçimiz minaya düşdü - RƏSMİ

Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdı...

Rəşad Xudiyev işdən çıxarıldı - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası (MR) təhsil nazirinin müavini Rəşad Xudiyev vəzifəsindən azad olunub.   Sfera.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi...