Restoranda silahlı insident törədənlərin cəzası artdı

Restoranda silahlı insident törədənlərin cəzası artdı
Bu gün Bakı Apellyasiya Məhkəməsində Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Fuad Əsgərov, Samir Allahyarov və digərləri barələrində birinci instansiya məhkəməsinin hökmündən verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə qərarı elan olunub.
Qərara görə, prokurorun protesti təmin edilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən Samir Allahyarovun cəzası 10 ildən 15 ilə, Fuad Əsgərovun cəzası 8 ildən 10 ilə, Müzəffər Cəfərovun cəzası 4 ildən 4 il 6 aya, Süleyman Abdullayevin cəzası 4 ildən 7 ilədək artırılıb.

Digər təqsirləndirilən Hüseyn Hüseynovun 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib.

Tofiq Qaramizadənin isə cəza müddəti isə dəyişdirilmədən saxlanıb.

Qeyd edək ki, 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında Fuad Əsgərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Samir Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev və digər şəxslər tutulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qaramizədə 7 il, Samir Allahyarov 10 il, Fuad Əsgərov 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib./trend
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxsin oğlu ÖLDÜ - FOTOLAR

Dünən axşam saatlarında Xətai rayonunda bədbəxt hadisə baş verib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 20 radələri...

Son 10 ilin ən aşağı inflyasiyası qeydə alındı - STATİSTİKA

Azərbaycanda ötən il ortaillik inflyasiya 2,2 faiz olub.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il ərzində ortaill...

ABŞ-də ölənlərin sayı 25 nəfərə çatdı

Kaliforniyada genişmiqyaslı meşə yanğınları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat y...

Bu yataqdan 650 milyon ton neft ÇIXARILDI - Hasilat daha da artacaq

Azərbaycan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2025-ci il tarixinədək 650,2 milyon ton neft (kon...

"Hədəfimiz terrorsuz Türkiyədir" - Ərdoğan

Hədəfimiz terrorsuz Türkiyədir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının q...

Uşaqların düzgün və sağlam böyüməsində valideynlərin rolu böyükdür

Uşaq və gənclər həyatın ən dinamik və təməlli inkişaf dövrünü keçirlər. Bu dövr yalnız fiziki dəyişikliklərlə deyil, eyni zamanda, psixoloji və sosial inki...