Əvvəl Maradona, indi ərəb şeyxi ilə piar

Əvvəl Maradona, indi ərəb şeyxi ilə piar
Diyeqo Maradonanı idarə heyətinin sədri seçən "Dinamo Brest" növbəti dəfə diqqət mərkəzinə düşüb.

Klub ev oyunlarını keçirdiyi stadionuna ərəb şeyxi Zəyd ibn Sultan əl Nəhəyyanın adını vermək istəyir. Bunu Abu-Dabidə təşkil olunan mətbuat konfransında Belarus - BƏƏ işgüzar ittifaqının nümayəndəsi Seyd Tacəddin deyib.

































Zəyd ibn Sultan əl Nəhəyyan 1971-2004-cü illərdə hakimiyyətdə olub. Bu il mərhum dövlət xadiminin 100 illik yubileyidir. "Al-Ain" nəşri isə stadionun adını dəyişməklə bərabər, müasirləşdirilməsinin də nəzərdə tutulduğunu bildirib./goal.az
 

OXŞAR XƏBƏRLƏR