Səddamın 30 milyonluq yaxtasını otelə çevirəcəklər - FOTO

Səddamın 30 milyonluq yaxtasını otelə çevirəcəklər - FOTO
İraqın sabiq prezidenti Səddam Hüseynin qızıl suyuna çəkilmiş "Basrah Breeze” adlı super yaxtası Bəsrə körfəzində otel kimi xidmət göstərəcək.

Sfera.az xəbər verir ki, asılaraq edam edilən Səddam Hüseynin 17 otaqlı, 82 metr uzunluqda yaxtası Bəsrə körfəzində turlar təşkil edəcək. 1981-ci ildə xüsusi olaraq inşa edilən bu yaxtaya Səddam Hüseyn heç vaxt minməyib.

Yaxta oteldə ipək pərdədən tutmuş qızıl suyuna çəkilmiş hamama, özəl bərbər kreslosunadək lüks şərait var. Bəsrə körfəzində üzəcək yaxtada Səddamın prezident kabineti ilə yanaşı xüsusi istirahət yeri, yemək otaqları, 17 qonaq otağı, komanda üçün 18 kabinə və bir xüsusi tibbi klinika yerləşir. 
 
"Prezident yaxtası olduqca yaxşı vəziyyətdədir. İki motoru və generatoru da işləyir. Sadəcə vaxtaşırı texniki baxışa ehtiyacı var” – gəminin kapitanı Əbdül-Zəhra Əbdül-Mehdi Saleh belə deyib.

Yaxta İran – İraq müharibəsi zamanı Səudiyyə Ərəbistanının Ciddə limanında saxlanılmışdı. 2003-də devrilən Səddamın 2006-da edam olunmasından sonra yaxta Fransanın Nitsa şəhərində bir şirkət tərəfindən 23,5 milyon dollara təklif edilmiş, lakin İraq hökuməti satışı dayandırmışdı. Şirkət yaxtanın Səddam ailəsi tərəfindən Səudiyyə Ərəbistanı kralına, sonra da şirkətin sərmayədarı İordaniya kralı Abdullaya verildiyini açıqlamışdı. İordaniya dövləti 2008-ci ildə yaxtaya olan iddiasından imtina etmiş, mülkün İraqa verilməsinə razı olmuşdu.

Yaxta 2010-cu ildə İraq tərəfindən geri alınmış və 30 milyon dollara satışa çıxarılmışdı. Lakin İraq hökuməti heç bir alıcı tapa bilməmişdi. Son 2 ildə yaxta Bəsrə universitetinin su altında tədqiqat aparan əməkdaşlarına xidmət edirdi.
 
Rəsul
Sfera.az



OXŞAR XƏBƏRLƏR