Polis keçmiş arvadını silahla hədələyir: \"Öldürüb uşaqları əlindən alacam”

Polis keçmiş arvadını silahla hədələyir: \
Polis əməkdaşı keçmiş arvadını ölümlə hədələməkdə günahlandırılır.

Xətai rayon Mühafizə İdarəsində işləyən polis əməkdaşı əlində silah şəkillərini keçmiş arvadına göndərməklə hədələyir. Sumqayıt şəhərində yaşayan 23 yaşlı Səbinə adlı xanım Criminal.az saytına müraciət edərək ailəsinin və özünün həmin polisdən xilas olunmasını istəyir.

Şikayətçi bildirir ki, Elşən Firidunovla 2016-cı ildə rəsmən boşanıblar, bundan sonra isə təzyiqə məruz qalıb: ”Elşən məni ölümlə hədələyir. Bir neçə dəfə özümə qəsd etmişəm. Atam Qarabağ qazisidir. Elşən deyir ki, siz əlillər binasında yox, dəlilər binasında yaşayırsınız. Deyir ki, baş idarənin rəis müavini Daşqın Mehdiyev arxamda dayanıb. Dəfələrlə dərman içib xəstəxanalıq olmuşam.

Böyük qızım Dilbərin qorxudan dili tutulub. Ailəmiz həyəcan içərisindədir, xahiş edirəm tədbir görün. Deyir elə edəcəm ki, özünü öldürəcəksən. Öldürməsən də özüm öldürüb uşaqları əlindən alacam”.

Səbinə xanım deyir ki, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə müraciət olunsa da, Elşən Firidunov sakitləşmir:
 
”Daxili İşlər Nazirliynə müraciət etmişdik. Araşdırıb töhmət də veriblər, xəbərdarlıq ediblər. Artıq bizi onun bütün iş yoldaşları da tanıyır. Boşanmağımızda ciddi səbəb olmayıb, sadəcə ayrılandan sonra belə edir. Məhkəməyə uşaqları görmək üçün ərizə vermişdi, amma heç gəlib görmür”.
 



OXŞAR XƏBƏRLƏR