Maduro ABŞ səfirini ölkədən qovdu

Maduro ABŞ səfirini ölkədən qovdu
Venesuela prezidenti Nikolas Maduro ölkəni tərk etməsi üçün ABŞ-ın Karakas səfiri Tod Robinsona 48 saat vaxt verib.

Sfera.az xəbər verir ki, televiziyada açıqlama verən Maduro Robinson və müavini Brian Naranjonun Venesuela hökumətinə qarşı təxribata əl atdığını deyib. Maduronun açıqlaması ilə bağlı ABŞ-dan hələ ki, hər hansı reaksiya gəlməyib.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo Venesuelada keçirilən prezident seçkisində saxtakarlığa yol verildiyini iddia edərək, seçkini qınamışdı. 
 
Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR