Lotu Qulini Türkiyədən çıxartdılar: Adı dincəlmək, özü isə...
Kriminal
15:35 / 23.05.2018
2911
Azərbaycanlı "qanuni oğru", Lotu Quli ləqəbli Nadir Səlifov həbsdən azad edildikdən sonra yaşadığı Türkiyəni tərk etməyə məcbur olub.
Sfera.az xəbər verir ki, o, artıq Birləşmiş Ərəb Əmirliklərinə gedib və fəaliyyətini bir müddətlik orda davam etdirəcək. Onun Türkiyəni tərk etməsinin əsas səbəbinin Antaliyada qətlə yetirilən Qiya Kutaissikinin işi ilə bağlı olduğu deyilir.
Bəzi mənbələr bildirir ki, izlərin bilərəkdən Lotu Quliyə çıxması təmin edilib və bu, "qanuni oğru"nun azadlığı üçün təhlükə törədib. Beləliklə də Lotu Qulinin Türkiyəni tərk etməsi təmin olunub. Özü yaxınlarına səfərin məqsədini dincəlməklə izah edib. Ancaq səfərin məhz indi olması təsadüfi deyil. Bundan başqa artıq Rusiyada Samara və Moskva məhkəmələri Lotu Quli barəsində qiyabi həbs qərarı çıxarıb. Ancaq Səlifov İnterpol xətti ilə beynəlxalq axtarışa hələlik verilməyib.
Rusiyanın "Rosbalt" agentliyi də hesab edir ki, izlərin Lotu Quliyə çıxarılması təsadüfi deyil. Halbuki Qiyanın ölümündə daha çox maraqlı olan tərəf kimi Merab Suxumskinin klanı göstərilir. (Cebhe.info)