700 bal toplayan abituriyentin UĞUR SİRRİ: \"Bütün günü oxumağa ehtiyac yoxdur\" - FOTO

700 bal toplayan abituriyentin UĞUR SİRRİ: \
Mayın 20-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

Sfera.az bildirir ki, 700 bal toplayan abituriyentlərdən biri Rəna Əliyeva uğurun sirrini Publika.az-a danışıb:

"700 bal toplamaq arzusunda olmamışam. Əsas istəyim seçdiyim ixtisas üzrə keçid balını toplamaq idi. Lakin ətrafımdakı insanlar, müəllimlərim məndən bu nəticəni gözləyirdi. Sınaq imtahanlarında da nəticələrim yaxşı olurdu. İmtahanda uğurlu nəticə göstərmək üçün bütün günü oxumağa ehtiyac yoxdur. Mən gündə 6-7 saat dərs oxuyurdum. Hesab edirəm ki, insan özünə də vaxt ayırmalıdır. Mən istirahətə də vaxt ayırırdım, sevdiyim bədii əsərləri də oxumağa da vaxtım olurdu".
 


Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin məzunu olan R.Əliyeva məktəb dərslərini yaxşı oxumaqla yanaşı son iki il kursda hazırlaşdığını deyir:

"7-ci sinifdən bu liseydə oxuyuram. Məktəbdə hər zaman yaxşı oxumuşam. Bu nəticəni əldə etməyimdə həm məktəb, həm də kurs müəllimlərimin əməyi böyükdür. Arzum tibb ixtisası üzrə təhsil almaqdır. Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasını seçəcəm. İki il burada oxuduqdan sonra xaricdə təhsil almaq istəyirəm. Arzum Almaniyada tibb təhsili almaqdır. Beyin cərrahı olmaq istəyirəm".
 



OXŞAR XƏBƏRLƏR

İyunda fəlakətli uğursuzluqla üzləşəcək BÜRCLƏR

Astroloqlar, proqnozlarına görə, bu ayın çətin keçəcəyi bürcün əlamətlərini müəyyən ediblər.   Sfera.az-ın məlumatına görə, iyun ayı Dolça bürcləri ü...

Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçdu - Xəsarət alan var

Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum xəsarət alıb. ...

Rusiya rəsmiləri İstanbula gəldi -Ukrayna tərəfi ilə danışıq aparacaqlar

Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə iyunun 2-nə planlaşdırılan danışıqlarda iştirak etmək üçün İstanbula gəlib.     Sfera.az xəbə...

"And olsun Allaha, ən bahalı maşını o, sürür"

"Bir aparıcı paxıllığından dedi ki, həmkarlarının maşını, bağı var. Biri elə özüm. Mən həftənin yeddi günü işləyirəm. 20 ildir gecəm-gündüm yoxdur. Başımda...

Qəzzada həlak olanların sayı AÇIQLANDI

İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həlak olanların sayı 54 min 418, yaralıların sayı isə 124 min 190-a yüksəlib...

Faciəvi şəkildə ölən 32 yaşlı Talehin FOTOSU

Mingəçevirdə faciəvi hadisə baş verib.     Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Kərimov Taleh Bünyamin...