İbrahimov qardaşları Azərbaycandan qaçdı, Ukraynada reyderliyə başladı

İbrahimov qardaşları Azərbaycandan qaçdı, Ukraynada reyderliyə başladı
Ukraynanın Dnepr (keçmiş Dnepropetrovsk – red.) şəhərində daşınmaz əmlakın və cəlbedici torpaq sahələrinin reyder üsulu ilə ələ keçirilməsi halları artıb.

Yerli sakinlərin sözlərinə görə, bu quldurluq hallarında ən çox iştirak payı olanlar isə Firuz və Şahin İbrahimov qardaşları və onlara bağlı olan adamlardır. Eyni zamanda, əmlakın ələ keçirilməsi sxemləri sırf kriminal xarakter daşıyır.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan icması İbrahimov qardaşlarını müdafiə etməyə çalışır və ictimai aksiyalar təşkil edir. Belə ki, ötən həftənin çərşənbə axşamı – mayın 15-də Dnepr şəhər apellyasiya məhkəməsinin qarşısında Azərbaycan icmasının mitinqi keçirilib. Aksiya iştirakçıları hiddətlərini bildiriblər ki, 40 ildən artıq müddətdə Ukraynada yaşayan azərbaycanlılara Dneprdə iş qurmağa imkan yaradılmır. Aksiya Firuz İbrahim oğlu İbrahimovun rəhbərliyi altında həyata keçirilmiş cinayət əməlinin araşdırılması zamanı təşkil edilib.
 
 
İcma təmsilçiləri qeyd ediblər ki, bir vaxtlar cənab Firuz İbrahim oğlu İbrahimov hüquq-mühafizə orqanları ilə problemləri olduğu üçün qardaşı ilə birlikdə tez-tələsik Azərbaycanı tərk edib və indiyə kimi də onlar vətənlərinə qayıda bilmirlər. Bu səbəbdən də bizneslərini Ukraynada "qurmaq” qərarı veriblər.
Keçirilmiş mitinqin və baş vermiş münaqişənin mahiyyətini anlamaq üçün yerli sakin Sergey Çornı özünün "Facebook” səhifəsində vəziyyətə aydınlıq gətirib.

Onun sözlərinə görə, azərbaycanlı "iş adamları”nın münaqişəsinin qaynağı Naberejnaya Pobedı, 35 ünvanında yerləşən obyektdir.
"Əmlakın keşmiş sahibləri Azərbaycan icmasına və kriminal keçmişi olan insanlara müraciət ediblər ki, "mübahisəli əmlak”ı əllərində saxlaya bilsinlər”, - o bildirir.

Mənbə qeyd edir ki, Dnepr sakinləri sahibkarlıq fəaliyyətini və biznesin inkişafını dəstəkləyirlər, çünki bu, büdcəyə vəsait axını, həkimlərin, müəllimlərin maaşı və təqaüdçülərin aylıq müavinətləri deməkdir. "Lakin Dnepr sahilinin bir hissəsinin ələ keçirilməsi və bir neçə dəfə kriminal keçmişi olan şəxslər tərəfindən əldən-ələ ötürülməsi heç də şəffaf sahibkarlıq fəaliyyətinə bənzəmir”, - Çornı sözlərini yekunlaşdırır.
 

OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...