"Krıtıy Vüsal" adlı kriminal avtoritet saxlanıldı

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları uğurlu əməliyyat-axtarış tədbiri həyata keçiriblər.

Nəticədə külli miqdarda narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb. Yardımlı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər - Masallı şəhər sakinləri Zaur Nuriyev, əvvəllər məhkum olunmuş Orxan Dəyyanov və Vüsal Nuriyev Yardımlı RPŞ-nin əməkdafları tərəfindən saxlanılıblar.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Vüsal Nuriyev cinayətkar aləmdə "Krıtıy Vüsal" ləqəbi ilə tanınır.

Saxlanılan şəxslərdən 3 bükümdə ümumi çəkisi 2 kiloqram 610 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Müəyyən edilib ki, narkotik vasitə Yardımlı rayonu ərazisinə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə keçirilib və saxlanılan şəxslər onu əvvəlcədən gizlədilmiş yerdən satış məqsədilə götürüblər.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb və araşdırmalar davam etdirilir./Sputnik Azərbaycan
 

OXŞAR XƏBƏRLƏR

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...

Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olundu

Mayın 11-də “Gülüstan” sarayında Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Ol...