AXC-nin 100 illiyi münasibətilə Kiyevdə tədbir keçirildi

AXC-nin 100 illiyi münasibətilə Kiyevdə tədbir keçirildi
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində rəsmi qəbul keçirilib.

Sfera.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyində keçirilən qəbulda Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv, Xarici İşlər Nazirliyinin təmsilçiləri, Ukrayna Ali Radasının deputatları, Ukraynadakı diplomatik korpusların, media holdinqlərin rəhbərləri, tanınmış iş adamları, KİV nümayəndələri iştirak ediblər. 1918-ci ildə Şərqdə ilk dəfə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən danışan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev vurğulayıb ki, müstəqilliyimizin dünya miqyasında tanınması sahəsindəki nailiyyətlər Cümhuriyyət hökumətinin əldə etdiyi tarixi uğurlardandır.
 
Ötən əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyini əldə edən ölkəmizin ulu öndər Heydər Əliyevin iradəsi və müdrik uzaqgörənliyi ilə böyük inkişaf yolu keçdiyini qeyd edən səfir diqqətə çatdırıb ki, Ulu Öndərimiz Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin və prinsiplərinin həyata keçməsi üçün mühüm siyasi qərarlar qəbul edib. Bu məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Səfir çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən də bəhs edib. Ukraynanın Baş nazirinin birinci müavini S.Kubiv Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb. İki ölkə arasında iqtisadi əməkdaşlığın artdığını deyən S.Kubiv qeyd edib ki, Azərbaycan iş adamlarının Ukraynada əlverişli fəaliyyəti üçün hər cür şərait yaradılıb. 2017-ci ildə Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 2,7 dəfə artıb. İki ölkə arasındakı əlaqələr regionda sülh və sabitlik üçün mühüm amilə çevrilib. Sonra tədbir Azərbaycanın və Ukraynanın tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib. Azərbaycan mədəniyyətini Ukraynada fəal təbliğ edən "Qafqaz” rəqs qrupunun rəngarəng çıxışları, əkiz bacılar Anna və Mariyanın "Sarı gəlin” mahnısını ifa etmələri, Əməkdar Artist Tünzalə Ağayevanın və digər ifaçıların çıxışları qonaqlar tərəfindən maraqla qarşılanıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı rəsmi qəbul atəşfəşanlıqla başa çatıb.

Sfera.az





OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...