Lənkəranda minik və yük maşınları toqquşdu: Üç nəfər xəsarət aldı

Lənkəranda minik və yük maşınları toqquşdu: Üç nəfər xəsarət aldı
Lənkəranda ağır-yol nəqliyyat hadisəsi olub.

Sfera.az "Apa"ya istinadən xəbər verir ki, Ələt-Astara magistral yolunun rayonun Bürcəli kəndindən keçən hissəsində 90-NE-057 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil ilə 01-BE-732 dövlət nömrə nişanlı KamAZ markalı yük maşını toqquşub, nəticədə 3 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər - Lənkəran rayonunun Biləsər kənd sakini, 1982-ci il təvəllüdlü Nahid Zeynal oğlu Həsənov, Bürcəli kənd sakini, 1991-ci il təvəllüdlü Asim Natiq oğlu Feyziyev və Bürcəli kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Baladdin oğlu Sovqatov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
A. Feyziyevin vəziyyəti daha ağırdır. O, qəza zamanı boyunun sağ nahiyəsinin kəsilməsi xəsarəti və ağır kəllə-beyin travması alıb. A. Feyziyev və E. Sovqatov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, VAZ 2107 markalı avtomobil ötmə əməliyyatı zamanı əks hərəkət zolağına çıxıb. 

Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bələdiyyələrin sayı AZALDILIR - RƏSMİ

Azərbaycanda bələdiyyələr 1400-dən 685-ə endirilir.    Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə ...

COP29-da bu yollarda qadağalar olacaq - RƏSMİ AÇIQLAMA

“COP29 dövründə dövlət və hökumət başçılarını daşıyacaq kortejlərin keçəcəyi küçə və yollarda müəyyən məhdudiyyətlərlə əlaqədar alternativ yollar müəyyən ...

Qəbələdə evə silahlı hücum oldu - YENİLƏNDİ

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.   Qəbələ rayon prokurorluğundan Sfera.az-a verilən məlu...

"Klublara can yandıran yoxdur, futbolu dövlət nəzarətə götürsün" - Razi Nurullayev

Deputat Razi Nurullayev son günlər müzakirə obyektinə çevrilən Azərbaycan futbolunun uğursuz nəticələri ilə bağlı fikirlərini bölüşüb.   Sfera.az-ın&...

COP29 müddətində metronun hərəkət intervalında dəyişikliklər olacaq

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq.   Sfera.az xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin r...

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...