Bakıda kişi arvadını və qayınanasını öldürdü - VİDEO

Bakıda kişi arvadını və qayınanasını öldürdü - VİDEO
Gecə saatlarında paytaxtın Xətai rayonu, Naximov küçəsində qətl hadisə qeydə alınıb.

Sfera.az-ın APA TV-yə istinadən məlumatına görə, kürəkən öz həyat yoldaşını və qayınanasını öldürüb.

Ailə-məişət zəminində törədilmiş hadisə zamanı 1987-ci il təvəllüdlü Günay İsgəndərova və onun anası, 1954-ci il təvəllüdlü Mahirə İsgəndərova çoxsaylı bıçaq xəsarətləri alıb.

Məlumata əsasən, G.İsgəndərova ailədaxili münaqişə səbəbindən bir müddət imiş ki, atası evində yaşayırmış. Onun əri bu gecə həmin evə gəlib və yenidən münaqişə yaranıb. 

G.İsgəndərovanın əri onu və münaqişəyə müdaxilə edən anası M.İsgəndərovanı bıçaqlayıb. Çoxsaylı bıçaq zərbələrindən sonra qan itirən ana və qızı dünyasını dəyişib. Onların meyiti digər ailə üzvləri tərəfindən aşkarlanıb. 

Hadisəni törədən şəxs gizlənib. Hazırda polis onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. 

Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi başlanılıb.




OXŞAR XƏBƏRLƏR

“ABŞ ilə müəyyən məsafə saxlamalıyıq” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.   Sfer...

Qayınatasından prokurorluğa şikayət edən gəlinə - Cinayət işi açıldı

Ağsu rayonunda qayınatasından hüquq-mühafizə orqanlarına şikayət edən 1997-ci il təvəllüdlü S.Cəfərovanın (şərti) həqiqətə uyğun olmayan məlumat verdiyi üzə çıx...

Mask "X" şəbəkəsinə Ukraynanın hücum etdiyini bildirdi

İlon Mask “X” sosial şəbəkəsində baş verən uzunmüddətli giriş problemi ilə bağlı açıqlama verib.    O, Fox Business Network-ə verdiy...

Əməkdar artist təltif olundu

Azərbaycan Dövlət Milli Gənc Tamşaçılar Teatrının aktrisası, Əməkdar artist Kəmalə Müzəffər  qızı Hüseynova  təltif olunub.   Sfera.az xəbə...

Türkiyənin gücü artır - Avropa təşvişdə

ABŞ və Avropa arasında yaşanan hadisələr Avropanı öz təhlükəsizlik arxitekturasını qurmağa vadar edib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər ...

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az xəbər verir ki, 2025-ci il martın 11-də ABŞ dollarının məzənnəsi dəyişm...