Vizanın verilmə müddəti azalır
Azərbaycana xarici turistlərin cəlb edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Məsələn 2 və 3 ulduzlu otellərin tikintisi nəzərdə tutulur, fərqli-fərqli təbliğat kampaniyaları aparılır və sairə.Amma ekspertlər hesab edirlər ki, bu sahədə diqqət yetiriləcək əsas məqamlardan biri də , viza məsələsidir. Artıq konkret təkliflərdə hazırlanıb.
Ölkəmizə xaricdən turistlərin cəlb edilməsi , preoritet məsələlərdəndir. Lakin bu sahədə bəzi əngəl törədən məqamlar da var. Ekspertlər bu fikirdədir.Turizmçi Kamil Adilovun sözlərinə görə, əsas məqam vizanın verilməsi üçün tələb olunan müddətin uzun olmasıdır.Ekspertlər bu müddətin 5 ya 3 günə azaldılmasını və tələb olunan sənədlərlə bağlı şərtlərin yüngülləşdirilməsini təklif edirlər.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şixəmmədov isə deyir ki, ölkəmizdə artıq 2013-cü ildən etibarən ''Elektron turist vizası'' sistemi tədbiq olunur. Bu isə o deməkdir ki, hər bir turist vizanı elə evdə oturarkən , elektron qaydada əldə edə bilir. Vizanın 10 iş günü ərzində verildiyini xatırladan Vüqar Şixəmmədov təmsil etdiyi qurumun Xarici İşlər Nazirliyi ilə birlikdə bu istiqamətdə fəaliyyət planı hazırladığını deyib. Bu planda vizanın verilmə müddətinin azaldılması də öz əksini tapıb.
Aysel