Səhər oyananda gözləriniz şişirsə, bir dilim kartofu...

Səhər oyananda gözləriniz şişirsə, bir dilim kartofu...
Səhər yuxudan duranda göz qapaqlarınız şişir? Bunun bir çox səbəbi ola bilər. Başlıca səbəbi stress, yorğunluq, yuxusuzluq, ya da çox yatmaqdır.

Səhər şişən gözləriniz üçün bir çox təbii müalicə üsulları mövcuddur. 

Buz

Xalq arasında da məlum olduğu kimi, şişin azalmasına faydalı olan buz, gözlər üçün də xilasedici bir əlacdır. Buz praktik və asan olması səbəbi ilə ən çox seçilən vasitədir. Bir parça buzu göz qapaqlarınıza və ətrafına dairəvi hərəkətlərlə gəzdirsəniz, qan dövranı sürətlənərək, şişliklərdən qurtulmanızı təmin edəcək.

Çiy kartof

Soyuducuda bir müddət saxlanılan çiy kartofu dilimləyərək gözlərinizin üstündə gəzdirin. Bundan sonra gözlərinizi bol su ilə durulamağı unutmayın. Kartofun soyuq vurulmasının səbəbi qan dövranını sürətləndirməsidir.
İdman etmək
Toksinlərin bədəndə yığılması bütün bədən üçün olduğu kimi, gözlər üçün də zərərlidir. Oyandığınızda gözləriniz şişibsə, bunun səbəbi toksinlərin, yəni bədən iltihabının göz hovuzlarında yığılmasından qaynaqlana bilər. Bu iltihabın orqanizmdən atılması üçün mütəmadi olaraq idman etmək təsirli bir vasitədir.

Yastıq duruşu

Yatarkən yastığınıza diqqət edin. Yastığınızın yüksək olması sizi səhər şişmiş gözlərdən qurtaracaq.

Bol su

Su içməyin bütün hallarda faydalı olduğu məlumdur. Gündə ən az 10-12 stəkan su içmək orqanizmdəki şişliklərdən qurtulmanıza kömək olacaq. Bundan başqa, kofein istifadəsindən uzaq durmağa diqqət etməlisiniz.

Çay paketləri

Qara və ya yaşıl çay paketlərini dəmləyib ilıq hala gətirdikdən sonra 10-15 dəqiqə gözlərinizin üzərində saxlayın. Gözlərinizin şişkinliyinin azaldığını və rahatlaşdığını dərhal hiss edəcəksiniz.

Yumurta ağı

Yumurtanın sarısını ayırıb, ağını yaxşıca qarışdırın. Qarışdırdığınız yumurtanı bir fırça ilə göz altına və göz qapağına vurub qurumasını gözləyin. Gözlərinizdəki gərginliyi hiss edəcəksiniz. Ayrıca bu gərginlik göz çevrəsindəki qırışlar üçün də olduqca faydalıdır. Quruyan yumurtanı 5-10 dəqiqə daha gözlərinizdə saxladıqdan sonra bol su ilə durulayın./AİLEM.AZ
 

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...