Rusiya Ermənistanı silahlandırmağa davam edir

Rusiya Ermənistanı silahlandırmağa davam edir
Rusiya Ermənistan ordusuna "Tor” zenit-raket kompleksi verəcək. 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan MN-nin dövlət kanalında gedən "Zinuj” teleproqramında məlumat verilib.

ZRK-nin yaxın aylarda veriləcəyi bildirilir. Ermənistanın alacağı HHM sisteminin sayı və modifikasiyası qeyd olunmayıb. 

Qeyd edək ki, Rusiya istehsalı "Tor” zenit-raket kompleksi hərbi və mülki obyektlərin hava zərbələrinə qarşı taktik müdafiəsi üçün nəzərdə tutulub. ZRK müxtəlif növ raket, PUA, aviasiya bombası, təyyarə və vertolyotları vurmağa qadirdir.
 
Rəsul
Sfera.az




OXŞAR XƏBƏRLƏR