Klinton tələbələr qarşısına belə çıxdı - Hamını təəccübləndirdi - FOTO

Dünya
12:43 / 21.05.2018
2741
ABŞ prezidentliyinə sabiq namizəd Hillari Klinton Yel universitetinin məzunları qarşısında rus papağı "uşanka" ilə çıxış edərək, hamını təəccübləndirib.
Sfera.az xəbər verir ki, "New York Post” qəzeti yazıb.
Klinton rus papağı geyməklə tələbələrin təntənəli məzuniyyət mərasiminə fərqli papaqlar geyinərək gəlmək ənənəsinə dəstək verib.
"Baxıram ki, hamınız papaqlardasız. Mənim də papağım var. Rus papağı. Onlara (ruslara) qalib gələ bilmirsənsə, onların cərgəsinə qatıl” – Klinton belə deyib.
O, 2016-cı prezident seçkisində məğlubiyyətinin səbəblərini indiyədək təhlil etdiyini bildirib:
"Hələ də buraxdığım səhvlər haqda təəssüf edirəm. Buna baxmayaraq, bu qəribə və vəhşi seçkidə baş verənlər gələcəkdə demokratiyamızı qoruya bilərmi deyə düşünürəm”.
Rəsul
Sfera.az
