Ərdoğan ona qarşı sui-qəsd haqda danışdı

Ərdoğan ona qarşı sui-qəsd haqda danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ona qarşı təşkil olunan sui-qəsd iddiası haqda danışıb.

Sfera.az xəbər verir ki, Bosniya və Herseqovinada səfərdə olan Ərdoğan bu barədə prezident Bakir İzzətbeqoviç ilə görüşdən sonra təşkil olunan mətbuat konfransında danışıb:

"Bu xəbər mənə çatıb. Xəbəri MİT (Milli Kəşfiyyat Təşkilatı) çatdırdı. Xəbər çatdığı üçün burdayam. Bu cür təhdidlər bizi çəkindirə bilməz. Biz bu yola çıxdığımız zaman yolumuza davam edərik. Heç olarmı Avropadan gələn insanlar görüşmək istədikləri lideri görməsin? Bu səbəbdən yolumuza davam edəcəyik”.
 
Rəsul
Sfera.az




OXŞAR XƏBƏRLƏR