Cavanlaşdırıcı nanə maskaları
Nanənin nəinki sağlamlığa, həm də saça və dəriyə müsbət təsiri hələ qədimdən məlumdur. Bəzi təbii vasitələrlə kompleks şəkildə istifadəsi nəticəsində dəri təzələnir, xırda qırışlar azalır. Nanə yorğunluğu və iltihabı aradan qaldırır. Bu otdan buz parçaları, detoks şirələri, təbii losyon, maska və. s hazırlamaq olar.
Qocalmaya qarşı nanədən hazırlanan maska reseptlərini təqdim edirik:
- Gözdə yorğunluğun aradan qaldırılması üçün maskaya lazım olacaq:
5 nanə yarpağı;
3 çay qaşığı melissa yarpağı
İnqrediyentlərin üstünə qaynar su töküb yarım saat dəmlənməsini gözləyin. Sonra pambıq diskləri həmin suya batırıb gözlərinizin üstünə qoyun. 12 dəqiqə sonra nəticə sizi heyran edəcək.
2. Bütün növ saçlar üçün maska hazırlayarkən lazım olacaq:
Yarım dəstə nanə;
2 çay qaşığı melissa yarpağı;
2 çay qaşığı palıd qabığı;
2 stəkan aşağı faizli yağlı kefir;
Yarım stəkan qaynar su
Nanəni, melissanı və palıd qabığını qaynar suya tökün. Bütün gecə belə qalmalıdır. Həmin suya əvvəlcə sıyıq, daha sonra isə kefir əlavə edin. Maskanı saçların diblərinə yaxşıca sürtün. 25 dəqiqə gözləyib, şampunla yuyun.
3. Üzü təravətləndirən buz maskası üçün sənə lazım olacaq:
Nanə yarpağı;
1 çay qaşığı dəvədəbanı;
1 çay qaşığı cökə;
2 stəkan qaynar su;
Sadalananları qarışdırıb qaynar suya tökün. Üstünə qapaq qoyub dəmlənməsini gözləyin. Daha sonra suyu buz qəliblərinə töküb dondurun. Üzünüzü hər səhər həmin suyla yuyun.
4. Ağardıcı maska üşün sənə lazım olacaq:
Doğranmış xiyar;
Yarım stəkan nanə yarpağı;
Xiyarları blenderdən keçirin. Ləti qazana töküb su əlavə edin. Odun üstünə qoyub qaynadın. Qaynayanda doğranmış nanəni də içinə tökün. Hazır olduqdan sonra 20 dəqiqə soyumağını gözləyin. Sonda isə üzünüzü bu suyla yuyun.
5. Dərini yaxşılaşdıran maska üçün sənə lazım olacaq:
2 xörək qaşığı kosmetik ağ gil;
1 xörək qaşığı xırda doğranmış nanə yarpağı;
Dorğanmış nanə yarpaqlarını gillə qarışdırın. Su töküb məcun halına salın.
6. Nanə sapından təbii skrab sənə lazım olacaq:
Yarım stəkan yulaf lopaları;
15 qram qurudulmuş nanə yarpağı;
Bütün komponentləri blenderdən keçirin. Üzə çəkməzdən əvvəl isti suyla qarışdırmaq lazımdır.
7. Möhtəşəm cavanlaşdıran maska hazırlamaq niyyətindəsinizsə, bunlar lazım olacaq:
2-3 xörək qaşığı boranı ləti;
4 çay qaşığı bal;
5-6 yarpaq təzə nanə;
0,5 xörək qaşığı nişasta.
Nanəni ovuşdurub digər inqrediyentləri əlavə edin. Onları yaxşıca qarışdırıb üzünüzə çəkin. 10-12 dəqiqədən sonra maskanı yuyun.
8. Bəsləyici maska üçün lazım olacaq:
2 xörək qaşığı nanə yarpağı;
1 ədəd banan;
1 yumurta ağı;
1 çay qaşığı əzvay şirəsi;
Yumurta ağını çalıb nanə və digər inqrediyentlərlə qarışdırın. Maskanı 20 dəqiqə saxladıqdan sonra yuyun.
9. Yumşaq və zərif əllər üçün vanna lazım olacaq:
50 qram təzə nanə yarpağı;
2 çay qaşığı dəvədabanı yarpağı;
2 çay qaşığı adaçayı yarpağı;
1 stəkan kefir;
1 stəkan qaynar su;
Otları qaynar suya tökün. Yarım saat gözlədikdən sonra süzün. Suya qatıq əlavə edib qarışdırın. Maska soyuyandan sonra əllərinizi onun içində 10 dəqiqə saxlayın. Sonra əlləri ilıq su ilə yuyun, dəsmalla qurudun və qidalandırıcı krem çəkin.
Publika.az
Aysel