4 prezident, 3 əmir və bir neçə xarici işlər naziri... - TƏHLİL
21:45 / 19.05.2018
2543
İsrailin 70 illiyi günü işğala etiraz edən çox sayda fələstinlinin yəhudi snayperçiləri tərəfindən öldürülməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan müsəlman liderlərini İsrailə qarşı birləşdirməyə çağırıb.
Cümə günü, mayın 18-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə zirvəsində danışan Ərdoğan, törətdiyi cinayətlərə görə İsrailin məsuliyyət daşımalı və Yaxın Şərqdən, Asiya qitəsindən Şimali Afrikaya qədər qınanmalı olduğunu söyləyib.
O, Türkiyənin ən böyük şəhəri İstanbulda toplanan müsəlman liderləri qrupuna xitabən deyib: "İsrail əsgərləri tərəfindən qırılan fələstinlilərlə bağlı bütün dünyaya insanlığın öldürüldüyü göstərilməlidir”.
"Problemin ABŞ hissəsi”
Bazar ertəsi günü ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə İsrail ordusu Qəzza ilə İsrail arasındakı 1949-cu ilin təmas xəttində, yüzlərlə insanın topladığı nümayişə atəş açıb və gözyaşardıcı qaz buraxmaqla, o cümlədən 5-i uşaq olmaqla 62 nəfəri qətlə yetirib və 2.700-dən çox adam yaralayıb.
Blokada şəraitində olan anklavda nümayişçilər 1948-ci ildə sionist milislərin Fələstin şəhərlərində apardığı etnik təmizləmə hadisəsini – Nəkbə gününü xatırlamaq üçün toplaşıblar. Tarixi Fələstindən təxminən 750 min adam zorla çıxarılıb.
Konfransda çıxış edən Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Sani fələstinlilərin "hər yerdə məzlum xalqlar üçün bir simvol halına gəldiyini” və İsrailin dinc nümayişçiləri "qəddar qırğın”a məruz qoyduğu üçün qınadığını söyləyib. "Qəzzadakı zorakılıq və əhalisinə qarşı kollektiv cəza nəzərdə tutan müharibədən kim bixəbərdir ki!?”
Fələstin baş naziri Rami Həmdullah ABŞ-ın "problemin bir hissəsi” halına gəldiyini və səfirliyin köçürülməsini "İslam ümmətinə, müsəlmanlara və xristianlara qarşı təcavüz hərəkəti” olduğunu söyləyib.
Cümə günü İƏT Birləşmiş Millətlər Təşkilatına Qəzzadakı cinayətlərə dair beynəlxalq araşdırma qrupu təşkil etməyi tövsiyə edib. Fələstinlilər üçün beynəlxalq müdafiə qüvvələrinin yaradılması, İsrailin Qüdsün ilhaq etməsini tanıyan ölkə, şirkət və ya şəxslərə qarşı iqtisadi məhdudiyyətlər qoymasını tələb edib.
Fələstinlə həmrəylik
Günün əvvəlində Ərdoğan İstanbulda, Yenikapıda 10 mindən çox adamdan ibarət izdihama izah edib ki, müsəlman dünyası birləşmək məcburiyyətində qalıb. "Müsəlmanlar bir-biri ilə mübarizə aparır və düşmənləri ilə qarşılaşmadan üz döndərirlər… 1947-ci ildən bu yana İsrail bu bölgədə istədiyi şeyi etməyə qadirdir, onlar istədiklərini edərlər, amma bu reallıq geri qaytarılacaq… əgər birləşsək.”
Bu həftə başlanğıcda fələstinlilərin öldürülməsindən və səfirliyin Qüdsdən Təl-Əvivə köçürülməsindən sonra Türkiyə İsraildəki və ABŞ-dakı səfirlərini geri çağırıb.