Azərbaycan biznesmenini Kadırovun sabiq köməkçisi öldürüb?

Azərbaycan biznesmenini Kadırovun sabiq köməkçisi öldürüb?
Çeçenistan lideri Ramzan Kadırovun sabiq köməkçisi və Ukraynada keçmiş səlahiyyətli nümayəndəsi Ramzan Tsitsulayev qətldə ittiham olunur.

Sfera.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Rosbalt”a danışan mənbə onun azərbaycanlı biznesminin qətlini sifariş etdiyini yazıb.

Cambulat Madayevin cinayət işini aparan müstəntiqlərlə əməkdaşlıq edən mənbə nəşrə bildirib ki, Ramzan Tsitsulayevin təkcə biznesmen Əli Zəkriyevin oğurlanmasında rolu olmayıb, o həmçinin azərbaycanlı biznesmenin qətlini də sifariş veribmiş.

Madayev buna görə Tsitsulayevin ona 500 min dollar vəd etdiyini bildirib. Məbləğin 100 min dolları isə avans olaraq verilib. Sifarişi alan Madayev obyektlə bağlı araşdırmaya başlasa da, bir müddətdən sonra Tsitsulayev onu çağıraraq tapşırığı ləğv etdiyini deyib və avansı qaytarmasını istəyib.

Hadisələrin bundan sonra necə inkişaf etdiyi məlum deyil.

Mənbə həmçinin qeyd edib ki, hazırda müstəntiqlər bu məlumatın dəqiqliyini yoxlayırlar. Əgər deyilənlər təsdiqini tapsa, keçmiş köməkçiyə qarşı yeni ittihamlar irəli sürüləcək.

Xatırladaq ki, Tsitsulayev 2014-cü ildə iş adamı Əli Zəkriyevin oğurlanmasında ittiham olunur. Onun sifarişini Madayev və Ruslan Barkovski həyata keçiriblər. Onlar Əli Zəkriyevi qaçırıb və 100 milyon rubl tələb etməklə onu bir neçə gün mənzildə saxlayıblar. Barkovski Avstriyaya qaçmağa müvəffəq olub, rəsmi Vyana onu Rusiyaya verməkdən imtina edib.

Bundan başqa, Ramzan Tsitsulayev fırıldaqçılıq və daha iki cinayətin təşkilində günahlandırılır.

2015-ci ildə Tsitsulayev beynəlxalq axtarışa verilib. Bəzi məlumatlara görə, o, Çeçenistanda uzun müddət gizləndikdən sonra saxta sənədlə Ukraynaya qaçıb.


OXŞAR XƏBƏRLƏR

Yaşar Gülər: "Türkiyə bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək"

Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə ...

Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik etdi

İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib. ...

Rusiyadakı qiymət artımı Azərbaycana təsir edə bilərmi? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən idxal olunan kənd təsərrüfatı məhsullarına tətbiq olunan embarqonu 2026-cı il dekabrın 31-dək uzadıb. Bu siya...

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul ELAN EDİLDİ

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.   Bu barədə Sfera.az-a Dövlət İ...

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...