ABŞ-ın daha bir məktəbində atışma

ABŞ-ın daha bir məktəbində atışma
ABŞ-da daha bir məktəbdə atışma olub.

Sfera.az bildirir ki, bu barədə "WXIA-TV" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Corciya ştatındakı Kleyton dairəsinin təhsil müəssisələrindən birində, buraxılış mərasimi zamanı qeydə alınıb. Silahlı insident nəticəsində 3 nəfər yaralanıb. Onlar yerli xəstəxanaya çatdırılıb. Lakin yaralılardan biri sonradan ölüb.

Hüquq-mühafizə orqanları təhqiqata başlayıb.

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, bu, ABŞ-da orta məktəbdə gün ərzində baş verən ikinci atışmadır. Belə ki, bundan əvvəl Texas ştatının Santa-Fe şəhərindəki məktəbdə silahlı insident olmuşdu. Nəticədə 10 nəfər ölmüş, daha 10 nəfər isə yaralanmışdı.(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR