“Fələstinlilərin öldürülməsi qəbuledilməzdir” - Elmar Məmmədyarov

“Fələstinlilərin öldürülməsi qəbuledilməzdir” - Elmar Məmmədyarov
"Azərbaycan həmişə olduğu kimi, Fələstin məsələsinin ədalətli həllinə töhfə verməyə hazırdır”.

Sfera.az Apa-ya istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 18-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən fövqəladə Sammitindəki çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 60-dan çox fələstinlinin öldürülməsi və 2000 insanın yaralanması qəbuledilməzdir: "Biz, üzv dövlətlər və İƏT olaraq bu qan tökülməsini dayandırmaq və qınamaq üçün daha çox səylər ortaya qoymalıyıq. Azərbaycan həmişə olduğu kimi, bu məsələnin ədalətli həllinə töhfə verməyə hazırdır. Biz bir daha tam həmrəyliyimizi və Fələstin məsələsinin ədalətli və hərtərəfli həlli üçün dəstəyimizi bildiririk. Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli Şərqi Yerusəlimin Fələstin Dövlətinin paytaxtı olmaqla "iki dövlət prinsipi”nə əsaslanmalıdır”.

Azərbaycan XİN rəhbəri bildirib ki, ABŞ prezidentinin Yerusəlim şəhərinin İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 478 saylı (1980) qətnaməsinə zidd bir addımdır. "Göründüyü kimi, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bu addım Fələstin-İsrail münaqişəsinin ədalətli və davamlı həllinə nail olmaq üçün ümidləri puç etdi və humanitar fəlakətə yol açdı”, deyə nazir vurğulayıb.

Elmar Məmmədyarov qeyd edib ki, 2013-cü ildə Azərbaycan Fələstinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfransına və Yerusəlim şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi edib: "2017-ci ildə Azərbaycanda "İslam Həmrəyliyi İli” çərçivəsində biz BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitəsinin himayəsi və İƏT-in dəstəyi ilə Yerusəlim məsələsinə dair beynəlxalq konfransa ev sahibliyi etdik. Həmin konfrans Əl-Əqsa məscidinin bağlanmasını və orada dindarlara qarşı məhdudiyyətləri qınayan kommünikenin qəbulu ilə nəticələnmişdi. Bildiyiniz kimi, keçən ay Bakı Qoşulmama Hərəkatının "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransına ev sahibliyi edib. Bu tədbir çərçivəsində Qoşulmama Hərəkatının Fələstin məsələsi üzrə Nazirlər Komitəsinin toplantısı təşkil olundu. Yekun Bakı Bəyanatında zorakılığa tamamilə son qoyulması üçün ciddi kollektiv səylərin göstərilməsinə çağırışlar edildi. Həmçinin Fələstin qurumlarının xahişi əsasında Azərbaycan 2018-ci ilin sonunda Fələstinin Asiya ölkələrində akkreditə olunan səfirlərinin illik toplantısını təşkilinə köməklik göstərməyi planlaşdırır”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana tam dəstəklərinə görə İƏT-ə və onun üzv dövlətlərinə minnətdarlığını çatdıran Elmar Məmmədyarov bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və İƏT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, 25 ildən artıqdır Ermənistan Azərbaycan torpaqlarının iyirmi faizini yerli müsəlman əhali və İslam mədəniyyəti üçün dəhşətli humanitar nəticələrə səbəb olan qeyri-qanuni hərbi işğalda saxlamaqdadır.

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...