Moskva-Həştərxan təyyarəsi geri qayıtdı
Dünya
15:50 / 19.05.2018
2471
Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus, Moskva-Həştərxan reysini həyata keçirən təyyarə təcili surətdə geri qayıtmalı olub.
Sfera.az bildirir ki, məlumatına görə, buna səbəb "Boeing" təyyarəsinin mühərriklərindən birinin sıradan çıxması olub.
Qeyd olunur ki, təyyarə geri qayıdarkən Volqoqrad vilayəti üzərində olub. Təyyarə qısa müddət sonra Vnukovo hava limanında uğurlu eniş edib. Hadisə ilə bağlı xəsarət alan olmayıb.
Sərnişinlərin digər təyyarə ilə yola salınacağı bildirilib.(trend)