Rusiya qorxusu: Bu şəhərdə cümə namazları ləğv edildi
12:56 / 02.10.2015
1317
Bu gün Rusiya hərbi təyyarələrinin Suriyanın Xüms şəhərində intensiv uçuşlar həyata keçirməsi səbəbindən cümə namazları ləğv edilib.Axar.az xəbər verir ki, yerli sakinlər Rusiya qırıcılarının məscidlərə hücum etməsindən qorxduqları üçün cümə namazını qılmağa getməyiblər. Bölgədə alimlər də hava hücumları səbəbindən xalqın cümə namazına getməmələri üçün fətva veriblər.
Qeyd edək ki, iki gün əvvəl Rusiya qırıclarının Xümsün şimalında Təlbisə və Rastan bölgələrini bombalaması nəticəsində 32 nəfər ölmüş, 200-ü yaralanmışdı.
Aysel