Böyük Britaniyada toy həyəcanı: Şahzadə evlənir - 100 milyon pul xərclədilər

Böyük Britaniyada toy həyəcanı: Şahzadə evlənir - 100 milyon pul xərclədilər
Böyük Britaniya şahzadəsi Herri bu gün amerikalı aktrisa Meqan Markl ilə ailə qurur.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, 33 yaşlı Herri ilə 36 yaşlı Meqanın toyu ölkədə böyük həyəcanla gözlənilir. 

Toya dəvət edilən yüzlərlə qonaqdan əlavə, 100 mindən çox insanın da uzaqdan da olsa həmin anlara şahid olmaq üçün saraya axın edəcəyi gözlənilir. Buna görə də, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Alınan tədbirlər 30 milyon sterlinqə başa gəlib. 

Məlumata görə, yeni ailə quran cütlük  Əziz Corc kilsəsindən Uindsor qalasına qədər olan  4 kilometrlik yolda yeriyərək xalqı salamlayacaq. Həmin bölgəyə bir çox snayperçi yerləşdirilib. Toy günü xalqa dronlardan istifadə etmək qadağan olunub. 

Qeyd edək ki, ümumilikdə toya 100 milyon sterlinqdə yaxın pul xərcləndiyi deyilir.

Lalə Nəsirova
Sfera.az

OXŞAR XƏBƏRLƏR