Ərdə olan əmisi qızı ilə gizlicə görüşdü, zorladı, sonra... - Bakıdakı moteldə DƏHŞƏT
Kriminal
00:37 / 19.05.2018
21323
Bakıda 4 il əvvəl qısqanclıq zəminində qətl törədən Kürdəmir rayon sakini Asim Ağamalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, 2014-cü il noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki "Vulkan" motelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyiti tapılıb. Mərhumu qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyevin boğaraq öldürdüyü müəyyənləşib.
Afaq Şükürova ailəli olsa da, onun öz doğma əmisi oğlu ilə də münasibətləri olub.
"Vulkan” motelinə istirahətə gələn xanımla kişi arasında mübahisə düşüb. Motel otaqlarının birində əylənən cütlüyün mübahisəsi sonda qadının faciəli ölümü ilə nəticələnib.
Əməliyyat-istintaq tədbirlərindən sonra Afaq Şükürovanın özünü asaraq intihar etdiyi versiyası irəli sürülüb.
Lakin araşdırmalar zamanı məlum olub ki, Afaq Şükürova öz doğma əmisi oğlu Asim Ağamalıyev tərəfindən orada zorlanıb. Sonra onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Asim Ağamalıyev Aşaq Şükürovanı öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asim Ağamalıyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 3 ilini həbsxanada, 15 ilini isə ciddi rejimli cəzaçəkməsi qərara alınıb.
Hökmdən narazı qalan Asim Ağamalıyev apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin barəsində çıxardığı hökmün ağır olduğunu bildirib. Asim Ağamalıyev cəzasının yüngülləşdirilməsini istəyib.
Yeni hökmə əsasən, Asim Ağamalıyevin cəzası 16 ilə endirilib.
Bu qərardan narazı qalan Asim Ağamalıyevin vəkilləri kasasiya şikayəti verib.
Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə araşdırma aparılan zaman Asim Ağamalıyev cəza çəkdiyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsindən məhkəməyə ərizə göndərib.
Hakim heyəti onun istəyini nəzərə alıb və şikayət baxılmamış saxlanılıb./publika.az