Putinə “ömürlük” hakimiyyət təklifi

Putinə “ömürlük” hakimiyyət təklifi
Rusiya Dövlət Dumasına təklif verilərək ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməklə bağlı konstitusiya limitinin qaldırılması istənilir. Bu, indiki prezident Vladimir Putinin 2024-cü ildən sonra da həmin posta seçilməsinə şərait yaratmaq deməkdir.

Təklif mayın 18-də Dövlət Dumasının vebsaytında dərc olunub. Cəmi iki həftə öncə isə Putin daha altı illiyə prezidentliyə başlayıb. Bu onun dalbadal ikinci, ümumilikdə isə dördüncü prezidentliyidir.

Təklif Çeçenistan parlamentindən gəlib. Həmin regionun rəhbəri Ramzan Kadırov dəfələrlə Putinə sadiqliyini dilə gətirib, deyib ki, Putin hakimiyyətdə ömürlük qalmalıdır.

65 yaşlı Putin 1999-cu ildən Rusiyanın ya prezidenti olub, ya da baş naziri. O, 2008-ci ilədək artıq iki müddətə prezident seçilmişdi deyə, müttəfiqi Dmitri Medvedevi bu vəzifəyə gətirdi, özü isə dörd il baş nazir oldu. 2012-ci ildə yenidən Kremlə qayıtdı.

Opponentləri və beynəlxalq müşahidəçilər 18 mart prezident seçkisinin saxtakarlıqla keçdiyini, seçicilərə real seçim verilmədiyini deyirlər. Mövcud konstitusiyaya görə, Putin 2024-cü ildə yenidən namizədliyini verə bilməz. Bu məhdudiyyət Putinin gözlənən addımları haqda genişmiqyaslı spekulyasiyya yol açmışdı. Bəzi təhlilçilər onun prezidentlik müddət bitəndən sonra hakimiyyətdə qalmağın bir yolunu tapacağını deyirdilər. Bunun ən birbaşa yolu konstitusiyanı dəyişməkdir.

Aprelin əvvəlində Çeçenistanda deputatlar belə bir təklif irəli sürəndə Kremlin sözçüsü Dmitru Peskov məsələnin Putinin gündəmində olmadığını, prezidentin konstitusiyanın dəyişməsiylə bağlı mövqeyini daha öncə aydın ifadə etdiyini deyib. Putin elə prezident seçilən günü deyirdi ki, "indilik” konstitusiyanı dəyişmək planı yoxdur. O, altıillik fasilə götürüb 2030-cu ildə, 77 yaşında yenidən prezidentliyə namizədliyini verib-verməyəcəyi ilə bağlı suala isə gülmüşdü. "Bu, bir az gülüncdür, gəlin riyazi hesablayaq. 100 yaşınadək burada oturmalıyam? Xeyr!”, – Putin onda demişdi.
 

OXŞAR XƏBƏRLƏR

Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin "qara qutu"ları Qazaxıstana gətirildi

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib və rəy vermək üçün səlahiyyətli kom...

İndoneziyada vulkan püskürdü

İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.   Sfera.az xarici mətbuata istinadən ...

Yolda hərəkət edən qapısız ambulansla bağlı AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəb...

Brend sevgisinin arxasında hansı psixoloji hallar var? - ARAŞDIRMA

İstənilən dövrlərdə brend geyimlər, əşyalar diqqət mərkəzində olub. Maraqlıdır ki, son zamanlar marka həvəskarları  arasında yalnız maddi vəziyyəti buna im...

Pensiya kapitalları indeksləşdiriləcək - Faiz dərəcəsi BƏLLİ OLDU

Azərbaycanda sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilərək 2,2 faiz artırılacaq.   Sf...

İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO

Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. &...