Plastik qablardan istifadə edənlər 500 avro cərimə olunacaq

Dünya
22:05 / 18.05.2018
2764
İtaliyanın Adriatik dənizində yerləşən Tremiti adalarında birdəfəlik plastik qabların istifadəsinə görə cərimə tətbiq olunub.
Bu qərar turistik bölgənin həddən artıq çirklənməsi ilə əlaqədar qəbul edilib.
Qeyd olunur ki, birdəfəlik qablardan istifadə edən həm yerli sakinləri, həm də turistləri 50 avrodan 500 avroyadək cərimə gözləyir.
Tremiti adaları İtaliyanın şərqində, sahildən 20 kilometr aralıda yerləşir./trend