Qırğızıstan və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu

Siyasət
17:11 / 18.05.2018
2528
Bu gün Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycanın dövlət başçısı İlham Əliyevə telefonla zəng edib.
Sfera.az-ın məlumatına görə, söhbət zamanı dövlət başçıları Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığa dair aktual məsələləri müzakirə edib, bundan əvvəl əldə olunmuş razılaşmaların praktiki şəkildə həyata keçirilməsi və ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafının perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.