Səudiyyə Ərəbistanı şahzadəsindən “ölmədim” FOTOsu

Səudiyyə Ərəbistanı şahzadəsindən “ölmədim” FOTOsu
İran mətbuatı Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın "21 aprel çevriliş cəhdi”ndə öldürüldüyünü iddia etmişdi.

Sfera.az xəbər verir ki, vəliəhd şahzadə Məhəmməd ibn Salmanın mətbuat katibi Bədr əl-Asakir bu xəbəri təkzib edərək, "Twitter” hesabında Salmanın əlini Misir prezidenti Sisinin çiyninə qoyaraq çəkdirdiyi fotonu paylaşıb.

"Bir neçə gün əvvəl Misir prezidenti Əbdülfəttah əs-Sisinin təşkil etdiyi dostluq görüşü davam edir” – fotoya yazılan şərhdə belə deyilir. 

Asakirin öz hesabında yaydığı fotoda ibn Salmanın əllərini Bəhreyn kralı Hamid ibn İsa Əl Xəlifə ilə Misir prezidenti Sisinin çiyninə qoyduğu, yanlarında isə Əbu Dabi vəliəhd şahzadəsi Məhəmməd ibn Zayid görünür. 

Qətərə embarqo qoyan bu ölkələrin görüşü ilə bağlı rəsmi açıqlama verilməyib. Asakir də görüşün nə vaxt və harada keçirilməsinə dair məlumat verməyib.
 
Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR